Mərhumun zərərçəkmiş ailəsi və dostları məhkəməyə gəlməyib" />

Abxaziyada 2017-ci ildə rusiyalı turistin öldürülməsi ilə bağlı məhkəmə işi başlayıb

Mərhumun zərərçəkmiş ailəsi və dostları məhkəməyə gəlməyib

Abxaziyada 2017-ci ilin iyununda rusiyalı turist Andrey Kabanovun öldürülməsi ilə bağlı Cincoliya qardaşlarının məhkəmə prosesi başlayıb.

•  Birinin əlində avtomat, digərində bıçaq olan iki maskalı şəxs uşaqlı ailəyə yaxınlaşıb, pul tələb edib. Bu necə olub?

Andrey Kabanovun qətli ilə bağlı ilk iki iclasda dövlət ittihamçısının vəsatəti təmin edilib və məhkəmə prosesə qatılmayan zərərçəkənlərin ifadələrini səsləndirib. Çijikovun və yetkinlik yaşına çatmamış Korenevanın ifadələri oxunub. Daha sonra məhkəmə şahidlərin dindirilməsi ilə davam edib.
Şahidlər arasında Qudaut Mərkəzi Xəstəxanasının qəbul şöbəsinin tibb bacısı Lyudmila Qvaramiya, DİN-in Qudaut şöbəsinin əməliyyatçıları Ruslan Qriqoliya və Vladislav Xazariya, o cümlədən də Kabanovların köməyinə ilk gələn şəxs – məktəb qarovulçusu Ruslan Carsaliya olub.
Şahidlərin dindirilməsi zamanı məhkəmə qətl günü – 2017-ci il iyunun 11-də baş verən hadisələri canlandırıb.
Dinləməyə Moskvadan mərhum Kabanovun bacısı və həyat yoldaşı da gəlib. Hər iki müttəhim Adqur və Daur Cincoliyalar da vəkilləri ilə birlikdə məhkəmə zalında olublar.

Погода, грабители, ГАИ

Gürcü-abxaz müharibəsi bitəndən sonra 25 il müddətində Abxaziyada ilk dəfədir ki, turist öldürülüb. Həyəcan siqnalı ilə respublikanın bütün güc strukturları ayağa qaldırılıb. Qatilləri yalnız quruda deyil, həm də Müdafiə Nazirliyinin vertolyotlarını cəlb edərək havadan da axtarıblar.

Prezidentin təlimatı ilə Abxaziyanın o zamankı baş naziri Beslan Barsis zərərçəkmiş ailənin və mərhumun cəsədinin vətəninə çatdırılması məsələsini öz şəxsi nəzarəti altına götürüb.
Bu cinayətdə şübhəliləri müəyyən edib, saxlamaq bir neçə gün ərzində mümkün olub, onlar Qudaut rayonunun Abraqxuk kəndinin sakinləti Adqur və Daur Cincoliya qardaşları olub. Onlar hər şeyi etiraf ediblər. 2017-ci il iyulun 27-də Qudaut rayon prokurorluğu Andrey Kabanovun qətlində şübhəli olaraq saxlanılan Cincoluya qardaşlarına qarşı ittiham irəli sürüb.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır.

More on JAMnews