Ziyanverici praktiki olaraq fındıq məhsulunu məhv edib. Onunla mübarizəyə böyük vəsait lazımdır " />

Abxaziya mərmər gənə ilə mübarizə aparır

Ziyanverici praktiki olaraq fındıq məhsulunu məhv edib. Onunla mübarizəyə böyük vəsait lazımdır

Qafqazın bir çox yerllərində „mərmər gənə” adı ilə artıq geniş tanınan həşəratın öhdəsindən gələ biilmək üçün Abxaziyaya 12 milyon dollar – 700 miilyon ruubla yaxın vəsait lazımdı.

Abxaziyanın bitki karantini üzrə dövlət müfəttişliyinin rəhbəri Arkadi Cinciya baş verənlər haqda təbii fəlakət kimi söz açıb. Ölkənin demək olar ki, bütün təsərrüfatlarına böyük ziyan dəyib, xüsusən də Abxaziyanın şərq rayonları ciddi zərər çəkib. İldə 10 min ton fındıq toplanan Qal rayonu bu ilki mövsümdə iyirmi dəfə az məhsul verib.

Mərmər gənə bütün meyvə və tərəvəzləri də məhv edir.

“Bu pullar kimyəvi preparatların, çiləmə aparatlarının alınması, təchizat və 80 min hektar kənd təsərrüfatı sahəsinin dərmanlanması üçün lazımdır”, – Cinciya deyib.

Abxaziyaya ziyanverici ilə mübarizə üçün BMT İnkişaf Proqramı (UNDP) humanitar yardım edir. Respublika artıq preparatların əldə edilməsi üçün 12 min rubl (210,000 dollara yaxın) alıb. Bu məbləğin 5 milyon rublu kənd təsərrüfatı sahələrinin aviasiya vasitəsilə dərmanlanması üçün Qal rayonuna ayrılıb. Bu günlərdə beynəlxalq təşkilatlardan kimyəvi preparatlar qismində növbəti humanitar yardım partiyası gözlənilir. Amma bu gün üçün bu yardımın səmərəsi o qədər də hiss olunmur.

Prezident Raul Xajimba bu problemə bir neçə xüsusi iclas həsr edib. Həmçinin kənd təsərrüfatı naziri Daur Rarba da fövqəladə yardım üçün rusiyalı həmkarına müraciət edib.

Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews