1989-1995-ci illərin faciəvi hasdisələrinin iştirakçıları və şahidləri ilə video və audio müsahibələrin də daxil olduğu sərgi oktyabrın 4-dən 29-a qədər davam edəcək" />

Abxaz münaqişəsinin dəhlizlərində – Tbilisidə “kollektiv anım arxivi” sərgisi açılıb

1989-1995-ci illərin faciəvi hasdisələrinin iştirakçıları və şahidləri ilə video və audio müsahibələrin də daxil olduğu sərgi oktyabrın 4-dən 29-a qədər davam edəcək

Gürcüstanın ən yeni tarixinin ən dramatik dövrlərindən biri “Münaqişə dəhlizlərində. Abxaziya, 1989-1995” adlı sərgidə təqdim olunacaq. Sərgi Tbilisidə Ədəbiyyat Muzeyində oktyabrın 4-də açılıb və 29-a qədər davam edəcək.

«Biz zamanın çox sürətlə keçdiyini görürük və səhih material toplamaq çətinləşir. Məhz buna görə biz münaqişələrin tarixinin qorunması və müxtəlif arxivlərin yaradılması üzrə səylərə hər cür dəstək veririk», — İsveçrənin Gürcüstandakı səfiri Patrik Franzen sərginin açılışında çıxış edərkən bildirib.

 Foto-arxiv – 1992-1993-cü illər gürcü-abxaz müharibəsi zamanı gürcü ailələr Abxaziyanı tərk edir

• Şərh: gürcü-abxaz dalanı

“Kollektiv anım arxivi” haqda

Beş il əvvəl gürcü və abxaz tədqiqatçıları Conciliation Resources və Swisspeace beynəlxalq təşkilatlarının dəstəyi ilə bu münaqişəyə dair materialların geniş miqyasda toplanmasına başladılar.

Bu gün paralel arxivlərdə artıq minlərlə eksponat, o cümlədən də daha əvvəl məlum olmayan sənədlər, unudulmuş qəzetlər və unikal fotolart toplanıb və strukturlaşdırılıb.

“Münaqişə dəhlizlərində. Abxaziya, 1989-1995” sərgisinin təşkilatçıları bildirirlər ki, bu, “kollektiv anım arxivi” haqda ictimai şəkildə məlumat vermək istiqamətində ilk cəhddir.

Böyük Britaniyanın Gürcüstandakı səfiri Aleksandr Koul arxivin yaradılmasının vacibliyi haqda danışarkən qeyd edib ki, “başqasının nəzər nöqtəsini və baş verənlərə münasibətini, tarixi hadisələrə fərqli baxışı anlamaq  bu haqlda prinsipial əhəmiyyət daşıyır”.

“Və bu o demək deyil ki, həmin baxışları və mövqeyi bölüşmək mütləqdir”, – Aleksandr Koul deyib.

1989-1995-ci illərin dramı

 

1989-1995-ci illər Gürcüstanın ən yeni tarixinin ən dramatik səhifəsi olub. Bu dövrdə ölkənin taleyini onilliklər öncədən müəyyən etmiş bir neçə hadisə birdən baş verib.

1992-1993-cü illər silahlı gürcü-abxaz münaqişəsi həmin dövr üçün mərkəzi hadisə olub.

Sovet İttifaqı dağılıb, Gürcüstan müstəqil dövlət olub. 1991-ci ildə gürcü-osetin silahlı münaqişəsi başlayıb. Gürcüstan vətəndaş müharidəsinin getdiyi meydana çevrilib. Ardınca Abxaziyada münaqişə başlayıb və hər iki tərəfdən on minlərlə insanın həyatına son qoyulub.

Bütün bunlar kəskin enerji böhranı, əhalinin yoxsullaşması, korrupsiya və siyasi xaosla müşayiət olunurdu.

 

Sərgi nəyi nümayiş etdirir və nədən bəhs edir?

Sərgi bir neçə zalda nümayiş olunur – münaqişənin hərbi fazasından öncəki mərhələ (1989-1992-ci illər), hərbi əməliyyatlar mərhələsi (1992-2993-cü illər) və hərbi fazadan sonrakı mərhələ (1993-1995-ci illər).

Ən mühüm olan isə arxivdə həmin hadisələrin iştirakçıları və şahidlərinin geniş publika üçün heç vaxt açıqlanmamış video və audio müsahibələridir. Onların arasında Suxumi və Tbilisidə qərarların qəbulunda və icrasında iştirak edən siyasətçilər, hərbçilər var. Həmçinin də bilavasitə münaqişə zonasına daxil olan rayonların sakinləri.

 

 

Sərginin açıq olacağı üç həftə ərzində bir neçə disskussiya da təşkil olunacaq. Bütün arzu edənlər bu müzakirələrə iştirak etməyə dəvətlidir.

Sərgi müəllifləri həmçinin gürcü-abxaz münaqişəsinə dair öz hekayələri və ya sənədləri olan ziyarətçilərə onlarla bölüşməyi və arxivin zənginləşdirilməsinə yardım göstərməyi təklif ediblər.

Tədqiqat qrupunun üzvləri jurnalistlərə bildiriblər ki, arxiv üzərində iş davam edir.

Onun məqsədi gürcü-abxaz münaqişəsinin hərbi və qeyri-hərbi fazasında baş verən tarixi hadisələri maksimum qərəzsiz və detallı şəkildə canlandırmaqdır.

 

 

 

 

 

Sərginin təşkilatçıları — GoGroupMedia, CIPDD, Studio RE, Conciliation Resources, swisspeace.

 

Sərgi materialları haqda təfərrüatlar sosial şəbəkədəki iki kanalda təqdim olunub:

Facebook (gürcü dilində): The Corridors of Conflict. Abkhazia, 1989-1995

Twitter  (ingilis dilində): @Memory__Project

 

______________________

Sərgi İsveçrə Xaxici İşlər Nazirliyinin Federal Departamenti tərəfindən Böyük Britaniya hökumətinin Münaqişələr, Stabillik və Təhlükəsizlik Fondunun (CSSF) əlavə maddi dəstəyi ilə maliyyələşdirilib.

İsveçrə Xaxici İşlər Nazirliyinin Federal Departamenti,Avropa İttifaqı, Böyük Britaniya hökumətinin Münaqişələr, Stabillik və Təhlükəsizlik Fondu və Sigrid Rausing Trust təşkilatının maliyyə dəstəyi sərginin əsasını təşkil edən kollektiv anım arxivinin yaradılması və zənginləşdirilməsinə şərait yaradıb.

 


More on JAMnews