ABŞ və Kanadada anomal soyuqlar
Rekord həddə çatan şaxta ABŞ-ın şimal-şərqini və Kanadanı əsir alıb. Amerikanın Şimali Karolina, Texas, Kentukki, Viskonsin ştatlarında hava şəraiti xüsusilə sərt keçir. Qurbanların sayı 21 nəfərə çatıb.
Sinoptiklər hesab edirlər ki, yaxın günlərdə Amerikanın şimal-şərqinə yeni fırtına gələcək və özü ilə yeni soyuq hava dalğası gətirəcək. Temperatur -30 dərəcəyə qədər enə bilər. Bu haqda CNN xəbər verib.
Şaxta və qar yağışı üzündən minlərlə avia-reys təxirə salınıb. On minlərlə ev güclü külək səbəbilə elektriksiz qalıb.
Yüzlərlə məktəb bağlanıb. Enerji şirkətləri sakinlərə istilik sistemi söndüyü təqdirdə evlərini tərk edib, başqa sığınacaq tapmağı tövsiyə edib. Bir çox şəhərlərin küçələrini su basıb və ya buz bağlayıb.
Yalnız gələn həftənin ortalarında havanın istiləşməsi gözlənilir.