ABŞ Suriya aviabazasına raket zərbəsi endirib

50 raket Bəşər Əsəd hökumətinin kimyəvi hücumuna cavabdır

ABŞ Suriyanın hökumət aviabazasına raket zərbəsi endirib. 59 “Tomahawk” qanadlı raket Aralıq dənizində yerləşən Amerika hərbi gəmilərindən Homs əyalətindəki Şayrat aviabazasına buraxılıb.

Amerika hökumətinin məlumatına görə, bu bazada İdlib əyalətində kimyəvi silahın istifadəsi ilə hücumda iştirak edən Suriya hökumət qoşunları dislokasiya olunub.

İlkin məlumatlara görə, yerli vaxtla səhər saat 3:45 radələrində endirilən havadan zərbə nəticəsində ölən və yaralananlar var.

Video burada.

Associated Press xəbər verir ki, Suriya hökuməti İdlibdə kimyəvi silahdan istifadə etdiyini inkar edib və Amerikanın havadan zərbəsini “təcavüz” adlandırıb.

Kreml artıq reaksiya verib: “Vaşinqtonun bu addımı onsuz da acınacaqlı vəziyyətdə olan Rusiya-Amerika münasibətlərinə ciddi zərər yetirir”, – prezident Putinin mətbuat katibi Vladimir Peskov bildirib.

Ən əsası da, Putin hesab edir ki, bu addım bizi beynəlxalq terrorizmlə mübarizədə son məqsədə çatdırmır, əksinə onunla mübarizədə beynəlxalq koalisiyanın yaradılmasına və bu ümumi bəlaya effektiv müqavimət göstərməyə ciddi maneələr törədir. Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp hələ seçkiöncəsi kampaniyasında bunu əsas məsələlərdən biri kimi önə çəkib”, – o qeyd edib.

  • Şayrat bazasına raket zərbəzi Suriyada müharibə başlayandan bəri, yəni altı il ərzində ABŞ-ın bu ölkəyə ilk hərbi qüvvə tətbiqidir.
  • Aprelin 4-də Suriyanın İdlib əyalətində aviazərbədən sonra onlarla insan həlak olub. Həlak olanlarda və çoxlu sayda yaralananlarda kimyəvi zəhərlənmə əlamətləri aşkarlanıb.
  • Suriya müxalifəti və qərb ölkələrinin nümayəndələri prezident Bəşər Əsəd rejimini İdlibdə kimyəvi silah tətbiqində günahlandırıb. Dəməşq bu ittihamları qəti surətdə rədd edib. Əsədi müdafiə edən Rusiya elan edib ki, Suriya hərbi-hava qüvvələri döyüşçülərin zəhərləyəci maddələr saxladığı anbarlara zərbə endirib.
  • Aprelin 6-da Amerika KİV-i müxtəlif mənbələrə istinadən xəbər verib ki, ABŞ prezidenti Donald Tramp Suriyaya kimyəvi hücuma cavab zərbəsi ehtimalını gözdən keçirib. Həmin gün CNN xəbər verib ki, Pentaqon Ağ evə Suriya hökumətinin mövqelərini bombalamaq planını təqdim edib.

More on JAMnews