Amerika prezidenti özünün rusiyalı həmkarına kömək edə bilməyəcək " />

ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

Amerika prezidenti özünün rusiyalı həmkarına kömək edə bilməyəcək

Respublikaçılar və demokratlar partiyalarından olan senatorlar Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gəldilər. Razılığın mahiyyəti ondan ibarətdir ki, ABŞ prezidentinə tətbiq olunan sanksiyaları ləğv etməyə və ya yumşaltmağa imkan verməyən xüsusi qanun qəbul ediləcək. İndiyə qədər sanksiyalar prezident fərmanı ilə tətbiq edilir, eyni qayda ilə də ləğv və ya yumşaldıla bilirdi.

Sanksiyalar prezident Obamanın vaxtında ABŞ-da kiber-hücumlarda, Suriyaya silahın satılmasında, insan haqlarının pozulmasında və Ukraynaya qarşı təcavüzkar addımlarda əli olduğu hesab edilən rusiyalılara qarşı tətbiq olunmuşdu.

Bu razılığın əldə edilməsi barədə məlumat verən senator Bob Korker vurğulayıb ki, gələcəkdə sanksiyalar faydalı qazıntılar, yüksək texnologiyalar, nəqliyyat daşınmaları sahəsində sərtləşdirilə bilər.

Xatırladaq ki, Rusiya ilə daha mehriban münasibətlərin qurulması prezident Trampın seçkiqabağı vədlərindən biriydi. Rusiyanın rəsmi şəxsləri də dəfələrlə bildiriblər ki, onun qələbə çaldığı halda münasibətlərin yaxşılaşdırılmasına ümid edirlər.

Facebook Comments

More on JAMnews