Bunun üçün Donald Tramp dünya liderlərinin sammitini toplayır" />

ABŞ prezidenti BMT-ni islahatlara səsləyir

Bunun üçün Donald Tramp dünya liderlərinin sammitini toplayır

REUTERS/Yuri Gripas

“Birləşmiş Millətlər Təşkilatının effektiv və məqsədyönlü islahatına başlamaq lazımdır”, – ABŞ prezidenti Donald Tramp dünya liderlərini bu çağırışın yer aldığı BMT Baş katibinə ünvünlanmış petisiyanı imzalamağa çağırır.

Tramp dəfələrlə həddən artıq böyük xərclərin əleyhinə çıxış edib, onun fikrincə, bu xərclərin çox hissəsi məhz Birləşmiş Ştatların üzərinə düşür. Vaşinqton BMT-nin mütəmadi büdcəsinin demək olar ki, dörddə birini təmin edir və təxminən bir o qədər vəsaiti də təşkilatın sülhməramlı əməliyyatlarına xərcləyir.

Ümumilikdə ABŞ BMT-ə və bu təşkilatın proqramlarına hər il 10 milyard dollara yaxın vəsait sərf edir.

ABŞ-ın ardıcıl olaraq xərcləri azaltmaq niyyəti haqda Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli də söz açıb. O bildirib ki, effektivliyini yüksəltmək və xərcləri azaltmaq üçün bütün cari sülhməramlı missiyaların islahatına nail olmaq fikrindədir.

BMT-nin “mavi dəbilqəliləri” hazırda dünyanın 16 qaynar nöqtəsində mövcuddur. Bütün bunlarla yanaşı kontingent Yaxın Şərq, Hindistan və Pakistanda, bir sıra Afrika dövlətlərində, həmçinin Kosovo və Serbiyada  qərarlaşıb.

İslahatların müzakirəsi üçün ABŞ prezidenti bu gün Nyu Yorka BMT-nin Baş Assambleyasında iştirak etmək üçün gəlmiş dünya liderlərinin sammitini toplayır. Ehtimal olunur ki, assambleyada bütün aparıcı dünya dövlətlərinin rəhbərləri iştirak edəcək. Hazırda Rusiyanın Leninqrad vilayətində hərbi təlimlərin gedişatını müşahidə edən Vladimir Putin yeganə istisna olacaq.


More on JAMnews