ABŞ prezidenti və Konqresdəki opponentləri arasındakı münaqişə 800 min nəfəri maaşsız qoyub" />

ABŞ hökuməti iflic vəziyyətdə: səbəblər və nəticələr

ABŞ prezidenti və Konqresdəki opponentləri arasındakı münaqişə 800 min nəfəri maaşsız qoyub

Artıq üç həftədən çoxdur ki, ABŞ-da hökumət idarələrinin böyük hissəsi işləmir. Prezident Tramp onların maliyyələşdirilməsi haqda qanunu imzalamaqdan imtina edir. Səbəb Konqresdə demokratların Meksika sərhədində qeyri-leqal miqrantların qarşısını almaq üçün divarın inşasına maliyyə ayrılmasına etiraz etməsidir –  CNN xəbər verir.

Münaqişənin tarixi

Meksika ilə sərhəddə müdafiə divarının inşası Donald Trampın seçkiqabağı vədlərindən biridir.

Onun tikintisi üçün Konqresdən 5,6 milyard dollar tələb olunur.

Konqresdəki demokratlar və bir sıra respublikaçılar hesab edirlər ki, bu cür divar qeyri-leqal miqrasiya problemini həll edə bilməz və layihəni maliyyələşdirməkdən imtina edirlər.

Buna cavab olaraq üç həftədən çoxdur ki, prezident Tramp dövlət müəssisələrinin maliyyələşdirilməsi haqda qanunu imzalamaqdan imtina edib.

• Şərh. Niyə Tramp heç kimə etibar etmir?

• Tramp ABŞ-ı qaçqınların üzünə bağlayı

• ABŞ prezidenti son nəticədə Rusiyanın agenti ola bilərmi?

Rekord yenilənib

Bu, prezident və qanunvericilər arasında yaranan münaqişə nəticəsində dövlət müəssisələrində işin ən uzun müddətli dayanmasıdır. Bundan əvvəlki azı iyirmi il əvvəl prezident Klinton zamanında qeydə alınıb.

Məsələn, milli təhlükəsizliyə görə cavabdeh olan qurumlar – Mərkəzi Kəşfiyyat İdarəsi, Federal İstintaq Bürosu, Müdafiə Nazirliyi – tam olaraq maliyyələşdirilir. Milli parklar, dövlət muzeyləri və kitabxanalar bağlıdır.

Nəticədə 800 min nəfərə yaxın insan maaşsız qalıb. Onlar öz pullarını maliyyələşdirmə haqda qanun imzalanandan sonra ala biləcəklər. İndi onlar cari hesabların ödənməsi ilə bağlı çətinlik çəkirlər, amma çoxsaylı şahidlərin bildirdiyinə görə, Amerika bankları, elektrik təchizatçıları, qaz şirkətləri vəziyyətlə bağlı anlayış göstərir, onlara güzəşt edirlər.

Perspektiv

Konqressin aşağı palatasında çoxluğun demokratlara, yuxarı palatasında isə respublikaçılara aid olması vəziyyəti daha da çətinləşdirir.

Nəticədə prezident Tramp nümayəndələr palatasında özünün müdafiə mühiti layihəsinin maliyyələşdirilməsinə nail ola bilmir, onun opponentləri isə dövlət idarələrinin maliyyələşdirilməsinin blokdan çıxarılması haqda qanun layihəsini heç səsverməyə də çıxara bilmirlər.

Prezident Trampla onun Demokratik Partiyadan olan opponentləri və bir sıra respublikaçı ilə arasında olan münaqişə o qədər dərin xarakter alıb ki, bu böhranın nə zaman və necə həll olunacağını proqnozlaşdıra bilən yoxdur.


More on JAMnews