Qarşı tərəfləri polis ayırdı. Bir nəfər həbs olunub" />

9 mayı Tbilisidə necə qeyd etdilər – “Ölməz alay” və fəalların əks aksiyası. Fotoreportaj

Qarşı tərəfləri polis ayırdı. Bir nəfər həbs olunub

Gürcüstanın paytaxtında bu gün qeyd olunan İkinci dünya müharibəsində Qələbə günü ilə əlaqədar iki paralel aksiya keçirilib. Onlarla insan Gürcüstanda ilk dəfə keçirilən “Ölməz alay” aksiyasına gəliblər. Cəmiyyətdə bir çoxları bu aksiyanı Rusiya kampaniyasının və təbliğatının bir hissəsi hesab edilər.

İştirakçılardan bəziləri əllərində yalnız müharibədə ölən qohumlarının portretlərini deyil, həmçinin Stalinin portretlərini və qırmızı sovet bayraqlarını tutmuşdular – baxmayaraq ki, Gürcüstanda sovet simvollarından istifadəyə qadağa qoyulub.

Tbilisi, 9 may 2019-cu il. Foto: Patrik Salat, JAMnews

Onlar az qalıblar. Gürcüstanlı İkinci dünya müharibəsi veteranlarının hekayələri

Tbilisi, 9 may 2019-cu il. Foto: Patrik Salat, JAMnews

Onlarla insan paralel olaraq keçirilən ictimai fəalların aksiyasında iştirak ediblər. Onlar “Ölməz alay”ın keçirilməsinə etirazlarını bildiriblər və Moskvada planlaşdırılmış bu cür aksiyanın Gürcüstanda keçirilməsini yolverilməz hesab edirlər.

Tbilisi, 9 may 2019-cu il. Foto: Patrik Salat, JAMnews

Tbilisi, 9 may 2019-cu il. Foto: Patrik Salat, JAMnews

Tbilisi, 9 may 2019-cu il. Foto: Patrik Salat, JAMnews

Tbilisi, 9 may 2019-cu il. Foto: Patrik Salat, JAMnews

Tbilisi, 9 may 2019-cu il. Foto: Patrik Salat, JAMnews

Vake parkında hər iki aksiyanın iştirakçıları arasında polis sədləri qoyulmuşdu. “Əks aksiya”nın iştirakçılarından biri həbs olunub. DİN-in məlumatına görə, o, bayrağın ağacı ilə rəqiblərinə zərbə endirməyə çalışıb.

Tbilisi, 9 may 2019-cu il. Foto: Patrik Salat, JAMnews

Bu gün səhər saatlarından Vake parkında veteranlar, siyasətçilər, hakimiyyət və ictimaiyyət nümayəndələri toplaşırlar ki, İkinci dünya müharibəsində həlak olanların xatirəsini yad etsinlər.


More on JAMnews