Həmi gecə səhərə yaxın Rustavelidə mahnı və rəqslər tükürpədən sükutla əvəzləndi – hamı güc qurumlarının hücumunu gözləyirdi " />

Tbilisidə sovet qoşunlarının müstəqillik uğrunda dinc aksiyanı dağıtdığı faciə günündən 30 il ötür

Həmi gecə səhərə yaxın Rustavelidə mahnı və rəqslər tükürpədən sükutla əvəzləndi – hamı güc qurumlarının hücumunu gözləyirdi

Tbilisidə 9 aprel 1989-cu il tarixində baş verən faciədən 30 il keçir. Həmin gün Tbilisidə sovet ordusu tanklar və zəhərləyici qaz vasitəsiylə Gürcüstanın müstəqilliyi uğrunda baş tutan çox minlik dinc nümayişi dağıtdı.

Aprelin 9-na keçən gecə Rustaveli prospektində 21 nəfər öldü. Yüzlərlə insan yaralandı, zəhərləndi, müxtəlif zədələr aldı.

Hər şey məhz burada 1989-cu ildə baş verib. Gürcüstan parlamenti qarşısında 9 aprel abidəsinin önünə gülləri insanlar gecədən gətirir.

Aprelin 9-da səhər həlak olanların xatirəsini siyasətçilər və müxtəlif ictimai təşkilatların nümayəndələri yad etməyə gəlib.

 

 

 

“Bizim bütün çoxəsrlik tariximiz bu gün də davam edən azadlıq uğrunda mübarizədir.

Qəhrəmanlarımızın xatirəsi qarşısında baş əyirəm və əminəm ki, xalqımız 30 il bundan əvvəl ətrafında birləşdiyi ideallara sadiq qalacaq.

Bu birliyin də nəticəsi dövlətçiliyimizin bərpası oldu”, – Gürcüstanın baş naziri Mamuka Baxtadze abidə qarşısına əklil qoyandan sonra deyib.

 

 

“Unutmamışıq!” (#გვახსოვს) – Gürcüstanda sosial şəbəkələrdə minlərlə insan faciəvi tarixin 30 illiyinə bu cür reaksiya verir. Bəziləri həlak olanların tam siyahısını dərc edir. Digərləri xatirələrini bölüşür və 30 il əvvəl hiss elədikləri barədə danışırlar.

Sosial şəbəkələrdə həmin hadisələrə siyasi qiymət verilməsi məsələsində tam yekdillikdir, istisna yoxdur.

Bir neçə səciyyəvi sitat.

“Biz həmişə haradan gəldiyimizi, düşmənimizin kim olduğunu və babalarımızın nəyin uğrunda vuruşduğunu heç zaman unutmamalıyıq”

“Həmin gecə anam və iki rəfiqəsi ölümdən qurtula bildilər. İnanıram ki, onda azadlığın tərəfində olan bütün insanlar bu gün də doğru seçim edir”.

“İlk dəfə idi ki, mənim əzablarım şəxsi işlərimlə bağlı deyildi. Rusiyaya qarşı ilk qəzəb və nifrət. İlk dəfə yaranan və həmin vaxtdan yoxa çıxmayan mübarizə aparmaq istəyi”.

“Həmin vaxt hələ məktəbdə oxuyurdum. İndi artıq babayam, nəvələrim bir azdan məktəbə gedəcək. Amma uzun illərdən sonra da əminəm ki, Azadlıq və Müstəqillik uğrunda mübarizə aparmağa dəyər. Hətta belə baha başa gələndə də. Öz Azadlığı və Müstəqilliyi uğrunda həmişə mübarizə aparan millətimlə fəxr edirəm”.

“Avroatlantika istiqamətinin seçimini Gürcüstan hökuməti deyil, 9 aprel müəyyən edib. Həmin gün biz birdəfəlik əmin olduq ki, bizim qatillərlə ümumi yolumuz və ümumi məqsədlərimiz ola bilməz”.

Foto: David Pipia, JAMnews

Aprelin 9-na keçən gecə

Xüsusi təyinatlıların qoşunları Rustavelidə səhər açılanda, saat 3:56 radələrində göründü. Həmin vaxt indiki parlament binası qarşısında minlərlə adam varıydı.

Sovet ordusunun çıxışları dağıtmağa hazır olması barədə məlumat  bir az əvvəl gəlmişdi. Qarşıdurma başlayandan bir neçə dəqiqə əvvəl qanlı qırğının qarşısını almaq üçün Gürcüstanın Katolikos Patriarxı İkinci İliya xalqı ibadət üçün kilsəyə çağırdı. Amma nümayişçilər aksiyanı dayandırmadılar. Səhər açılanda Rustavelidə camaat oxuyub-oynayırdı, sonra da müdhiş bir sakitlik çökdü – hamı güc qurumlarının hücumunu gözləyirdi.

Patriarxın çıxışından bir neçə dəqiqə sonra parlament binası qarşısında silahlı bölmələr göründü.

Dəyənək və istehkamçı belləri ilə silahlanmış hərbçilər general-polkovnik Rodionovın komandanlığı altında nümayişçilərə divan tutmağa başladılar. Xüsusi təyinatlıların dəstəsi kimyəvi qazdan istifadə etdi.

16 nümayişçi yerindəcə həlak oldu. Sonrakı günlərdə həlak olanların sayı 21 nəfərə çatdı. Ölənlərin əksəriyyəti qadınlar idi (o cümlədən məktəbli qızlar). Əksər həlak olanların bədənlərində bel zərbələrinin izləri varıydı. Aprelin 9-na keçən gecə 3500 nəfər kimyəvi qazdan zəhərləndi.

Tbilisidə həmin səhər belə açıldı.

Faciədən sonra komendant saatı elan olundu. Sovet mətbuatı zəhərləyici qazın istifadəsi faktını inkar edir, əsgərlərin bel və dəyənəklərlə nümayişçilərə necə divan tutması barədə də heç yerdə deyilmir. Ölənləri də yaranan basabasın qurbanları kimi qələmə verirlər. “Komunisti” qəzeti yazır ki, baş verənlər iğtişaşların nəticəsində oldu.

Baş verənlər haqqında açıq yazmağa cəsarəti çatan yeganə qəzet Gürcüstanın rusdilli “Gürcüstan gəncləri” qəzeti oldu. Bu qəzet mətnlə birlikdə jurnalist Yuri Rostun fotoreportajını da dərc etdi. Həmin sayın tirajı müsadirə olundu və məhv edildi, qəzetin redaktoru Vaxtanq Abaşidze və jurnalistlər ciddi problemlərlə üzləşdilər. Sonradan müsadirə aradan götürüldü, qəzetin həmin sayı da təkrarən çap edildi və tamaşaçılara çatdı. Düzdür, sovet qoşunlarının xüsusi qəddarlığını əks etdilər 2 fotonun çapına senzura sonuna qədər icazə vermədi. Səhifədə də iki boş yer qaldı, amma nəticədə ona yaxın şəkil və mətn sonunda dərc edildi.

Düz iki il sonra, 9 aprel 1991-ci il tarixində keçirilən referendumun əsasında Gürcüstan müstəqilliyini elan etdi. Ali Sovet Zviad Qamsaxurdiyanın təşəbbüsü ilə Gürcüstanın dövlət suverenliyi haqda akt qəbul etdi.


More on JAMnews