Son 5 ildə qızılca ilk dəfədir ki, Azərbaycana qayıdıb " />

40 yaşa qədər Azərbaycan sakinlərinə qızılcadan peyvənd olunmaq məsləhət görülür

Son 5 ildə qızılca ilk dəfədir ki, Azərbaycana qayıdıb

Azərbaycanda epidemiya olmasa da, Səhiyyə Nazirliyi 40 yaşa qədər hər kəsə qızılcaya qarşı peyvənd olunmağı tövsiyə edib. Böyüklərin pulsuz peyvənd olunması 2019-cu il martın 1-dən həyata keçirilir və aprelin sonuna qədər davam edəcək.

• Gürcüstanda qızılca epidemiyası haqda

• Azərbaycan həkimləri öz işləri haqda danışır

Bu haqda Lent.az saytına Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Afaq Əliyeva danışıb. Onun sözlərinə görə, Azərbaycanda uşaqlar mütəmadi olaraq məcburi şəkildə peyvənd olunur. Böyüklərə gəlincə isə, onların peyvənd olunması üzrə kampaniya 2013-cü ildə aparılıb. Bunun sayəsində 2018-ci ilin sonuna qədər Azərbaycanda qızılcaya yoluxma halı qeydə alınmayıb. Amma sonradan qızılca yenidən ölkəyə qayıdıb. Bu da qonşu ölkələrdə yaşanan epidemiya fonunda baş verib. Respublikanın baş pediatrı Nəsib Quliyevin sözlərinə görə, yanvardan aprelə qədər 85 nəfər qızılcaya yoluxub.

Afaq Əliyeva bildirir ki, Azərbaycanda ötən ilin noyabrından bəri qızılcaya yoluxanların 80 faizi uşaqlıqda peyvənd olunmayan 20 yaşdan 40 yaşa qədər böyüklərdir. Onların arasında çox əvvəl peyvənd olunanlar da var ki, artıq onlarda peyvəndin təsiri zəifləmiş ola bilər.

Ötən ay yarım ərzində 100 nəfərə yaxın adam qızılca və məxmərəyə qarşı peyvənd olunub. Afaq Əliyeva hamıya məsləhət görür ki, hələ də peyvənd olunmayan və daha əvvəl qızılcaya yoluxmayanlar aprelin sonuna qədər peyvənd olunsunlar. Bunun üçün rayon poliklinikasına yaxınlaşmaq lazımdır.

Facebook Comments

More on JAMnews