30 ildən sonra Qarabağdan köçkün düşənlərin daha bir qrupu dövlət hesabına mənzillə təmin olunacaq" />

300 məcburi köçkün ailəsinə mənzil veriləcək

30 ildən sonra Qarabağdan köçkün düşənlərin daha bir qrupu dövlət hesabına mənzillə təmin olunacaq

Foto: Trend

Qarabağdan məcburi köçkün düşən 300 ailə yeni mənzillərə köçürülür. 1990-cı illərin əvvəllərində Ermənistan və Azərbaycan arasında yaşanan Qarabağ müharibəsi nəticəsində öz evlərini itirən bu ailələr bu zamana qədər Sumqayıt şəhərində və Abşeron yarımadasında yataqxana və ya digər uyğunlaşdırılmış binalarda ağır şəraitdə yaşayıblar. Yeni yaşayış kompleksi 1000 ailə üçün nəzərdə tutulub, Qaradağ rayonunda, Bakıdan təxminən yarım saatlıq məsafədə yerləşir.

• Şəhid ailələri və hakimiyyət arasındakı münaqişə yaxın zamanda çözülə bilər

• Qarabağlı qaçqın xalçalar

Qarabağ münaqişəsi hər iki tərəfdən 100 minlərlə insanı qaçqın vəziyyətinə salıb. Azərbaycan hakimiyyəti Ermənistan qaçqınların, Dağlıq Qarabağ və ətraf rayonlardan olan məcburi köçkünlərin ümumilikdə “bir milyondan” çox olduğunu bildirir. Amma müstəqil mənbələr sovet dövründə keçirilən əhalinin siyahıya alınmasına və BMT qaçqınlar üzrə komissarlığının – UNHCR – məlumatlarınaistinad edərək bu rəqəmi bir qədər şişirdilmiş hesab edirlər. Britaniyalı jurnalist Tomas de Vaal “Qara bağ” kitabında qaçqın və məcburi köçkünlərin “750 min nəfərə yaxın” (ölkənin o zamankı əhali sayının 10 faizindən çoxu) olduğunu qeyd edir.

Qaçqın və məcburi köçkünlər harada gəldi – yataqxanalardan tutmuş çadır şəhərciklərinə və boş vaqonlara qədər məskulaşıblar. Bəziləri hələ də ağır şəraitdə yaşayır. Dövlət tədricən onlar üçün xüsusi şəhərciklər inşa edir, mənzillər ayırır. Ötən il mənzil və fərdi evlə təmin olunan ailələrin sayı 5900 olub.

Məqalə müəllifinin təqdim etdiyi termin, toponim, fikir və ideyalar onun özünə aiddir, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.
Facebook Comments

More on JAMnews