“Nairi” mehmanxanasında qaçqınlar üçün zaman dayanıb " />

30 illik qeyri-müəyyənlik

“Nairi” mehmanxanasında qaçqınlar üçün zaman dayanıb

 “Nairi” mehmanxanasında qaçqınların otaqlarında mənzərə eynidir

“Nairi” mehmanxanasının 101 saylı otağından paltartikən maşının taqqıltısı gəlir. Laura Ananyan paltar tikir və eyni zamanda hamamda bişən yeməyin altını keçirməyə tələsir.

12 kvardratmetrlik otaq həm dərzi emalatxanası, həm qonaq, həm yemək, həm yataq otağı, hətta dəhlizdir.

“Vanna otağında mətbəx düzəltmişəm, yoxsa yeməyyin qoxusu müştərilərin paltarlarına hopardı. Mən dərziyəm, bu mənim qazancımdır”, – 1988-ci ildə Kirovabaddan Ermənistana köçən və artıq 30 ildir ki, Yerevanda “Nairi” mehhmanxanasında yaşayan Ananyan deyir.

O, 1988-1992-ci illərdə Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycandan Ermənistana qaçan erməni qaçqınlardan biridir.

Yataqxana otağı Laura üçün həm də dərzi emalatxanası olub 

 

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb, 1994-cü ildə atəşkəs haqda razılaşma imzalansa da, artıq 25 ildir ki, tərəflər arasındakı təmas xəttində zaman-zaman atışma davam edir və insan həəyatlarına son qoyur.

  

“Mən anam, oğlum və qzımla bura gəlmişəm. Bir neçə ay Metsamorda yaşadıq, sonra bbu müvəqqəti yaşayış yerində məskunlaşdıq və həmişəlik burada qaldıq. Övladlarım Rusiyaya köçüb. Burada, bu şəraitdə tək yaşayıram”, – o deyir.

Vanna otağı Laura üçün mətbəxi əvəz edir 

Laura əşyalarını harada saxladığını göstərir

“Nairi” mehmanxanası Yerevanın kənarında “Nork” rayonunda yüksəklikdə yerləşir. Burada Azərbaycanın müxtəlif yerlərindən gələn 60 ailə yaşayır.Miqrasiya Xidmətinin məlumatına görə, bu gün ölkədə bu cür ailələrin ümumi sayı 882-dir.

Rita Sarqsyan mehmanxananın 707 saylı otağının sakinlərindən biridir, qızı ilə yaşayır, buraya Bakıdan köç ediblər.

Rita Sarqsyanın yay mətbəxi eyvanda yerləşir

“Yaydan payızın lap sonuna qədər mətbəximiz eyvandadır, qışda isə dəhlizdə. Yer yoxdur. Özümüz üçün şərait yaratmağa çalışdıq, amma layiqli həyat yaşamaq üçün hələ nə qədər gözləməliyik, bilmirəm”, – o deyir.

İkonalar köşəsinə Rita doğmalarının şəkillərini də qoyub

Uzun illər boyu Sarqsyan mütəmadi olaraq qaçqınların ev problemi məsələsini qaldırıb, prezidentlərə, baş nazirlərə və Ermənistanın digər müvafiq strukturlarına yazılı müraciətlər edib, amma bir nəticəsi olmayıb.

“İndi biz imza toplama kampaniyası təşkil etmişik, baş nazir Nikol Paşinyana məktub ünvvanlamışıq. Biz yeni hakkimiyyətə ümid edirik, bizi eşidirlər və problemimizi həll etməyə çalışırlar”, – ikinci qrup əlil Rita Sarqsyan deyir.

Rita Sarqsyan ümid edir ki, onların yaşayış problemi nəhayət həllini tapacaq

Ritanın qəhvə köşəsi

Otel otağı sakinləri evlərinin içində çətinliklə hərəkət edirlər. Hər tərəfdə döşəmədən tavana qədər torbalar, qutular, çamadanlar qalaqlanıb. Bir otaqda valideynlər, uşaqlar, nənələr və babalar yaşayır.

Marine Qriqoryanın oğlu – Edqar Barseqyan

 “Oğlumun 14 yaşı var, qızımın isə 4. Ərim burada böyüyüb, indi onun övladları onun o vaxtkı yaşdadır. Burada dörd nəfərlə yaşamaq və yatmaq mümkün deyil, ərimlə mən burada, Edita da yanımızda. Mətbəxim dəhlizdə yerləşir”, – 37 yaşlı Marine Qriqoryan danışır.

Marine Qriqoryan oğlu və qızı ilə 

O danışır ki, uşaqların oynamağa da yeri yoxdur. Qızı Editanın oyuncaqları çarpayının və masanın altına yığılıb. Qızcığaz yataqxananın dəhlizində oynamalı olur.

Otağın bu divarında uşaqların fəxri fərmanları, rəsmləri və fotoları asılıb 

Editanın oyuncaqlarının bir hissəsi eyvanda saxlanılır 

Editanın velosipedi

70 yaşlı Ofeliya Barseqyan Yerevanda doğulu, böyüyüb, 1973-cü ildə ərə gedəndən sonra Bakıya köçüb.

“Bu otaqda üç oğlumla birlikdə yaşayıram. Bu gün artıq ikinci nəsil yetişir və biz hələ də bilmirik ki, bu məsələ necə həll ediləcək”, – Ofeliya Barseqyan tökülən tavana baxıb deyir.

Ofeliyanın vanna otağında tavan uçmaq üzrədir

Ofeliya Baqdasaryan öz otağında

2004-cü ildə Ermənistan hökuməti ehtiyac prioritetinə görə mənzil təminatı üzrə proqram çərçivəsində 700-dən çox ailəni əsasən regionlarda olmaqla mənzillə təmin edib. Sonuncu dəfə Azərbaycandan olan qaçqınların qeydiyyatı 2013-cü ildə aparılıb.

Ermənistan Ərazi İdarəerməsi və İnkişafı Nazirliyinin Miqrasiya Xidmətinin rəisi Armen Kazaryanın sözlərinə görə, prioritet şəkildə mənzillə təmin edilmələri üçün bu insanların yenidən qeydiyyata alınması aparılır ki, dəqiq sayları müəyyən edilsin.

“Söhbət Ermənistana gələndən sonra mehmanxanalarda, məktəblərdə və digər ictimai təyinatlı obyektlərdə müvəqqəti yerləşdirilən və hələ də həmin yerlərdə yaşamağa davam edən insanlardan gedir”, – Miqrasiya Xidmətinin rəisi deyir.

Kazaryanın sözlərinə görə, regionlarda yaşayış yerinə ehtiyacı olan 254 ailə, Yerevanda isə 680 ailə qeydiyyata alınıb. Qaçqınların mənzil probleminin tam həlli üçün ümumilikdə  9 milyard drama (19 milyon dollara) ehtiyac var.

 

“Eşidilməyən səslər” layihəsi International Alert  təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.

 


More on JAMnews