Yalnız Britaniya və Avropa İttifaqı arasındakı “boşanma” ilə yox, həm də Cənubi və Şimali Koreya arasında müharibənin sona çatması ilə. Bu il etirazlar, qətllər və sairə ili idi" />

2018-ci il dünyada nə ilə yadda qalacaq?

Yalnız Britaniya və Avropa İttifaqı arasındakı “boşanma” ilə yox, həm də Cənubi və Şimali Koreya arasında müharibənin sona çatması ilə. Bu il etirazlar, qətllər və sairə ili idi

Dünya mediası 2018-ci ildə bu hadisələrə xüsusi diqqət yetirib:

Britaniya və Avropa İttifaqı: boşanma uzandı

Londonda Britaniyanın Avropa İttifaqını tərk etməsinə qarşı etiraz iştirakçıları, 20 oktyabr 2018. REUTERS/Simon Dawson

Bu halda daha dəqiqi hadisənin baş verməməsi haqda danışmaq lazımdır. Böyük Britaniya hələ 2016-cı ilin mayında referendum keçirib və çoxluq ölkənin Avropa İttifaqını tərk etməsinin lehinə səs verib. Amma o vaxtdan bəri hələ də hamını – hökuməti, müxalifəti və Avropa İttifaqı ölkələrini təmin edəcək planı hazırlamaq mümkün olmayıb.

• Kimlər Britaniyanın Avropa İttifaqından çıxmasını istəyir və kimlər istəmir?

Hökumətin təklif etdiyi planla bağlı həlledici səsvermə Britaniya parlamentində 2019-cu ilin fevralında baş tutacaq. Əgər plan səsvermədən keçməsə iki yol qalacaq. Ya Böyük Britaniya Avropa İttifaqını razılaşmasız tərk edəcək və bu da ölkə iqtisadiyyatına böyük ziyan vuracaq. Ya da ölkənin Avropa İttifaqında qalması ilə bağlı təkrar referendum keçiriləcək.

Prezident Trampla bağlı araşdırma sona çatır

ABŞ prezidenti Donald Tramp. 10 aprel, 2018. REUTERS/Carlos Barria

ABŞ-da prezident Trampın Rusiya ilə əlbir olmaqda şübhəli bilindiyi iş üzrə araşdırma sona çatır. Ötən il ərzində xüsusi prokuror Robert Müller milli təhlükəsizlik üzrə keçmiş prezident köməkçisi Maykl Flinn, Trampın keçmiş şəxsi hüquqşünası Koen, keçmiş seçkiqabağı qərargah rəhbəri Manafort kimi önəmli fiqurların istintaqla əməkdaşlıq etməsinə nail olub.

• ABŞ prezidenti sonda Rusiya agenti çıxa bilərmi?

Amerika mediasının məlumatına görə, 2019-cu il fevralın ortasında prokuror Müller istintaqı yekunlaşdırıb, Konqressə hesabat göndərəcək.

Camal Xaşoqqinin qətli

Səudiyyəli müxalif jurnalist Camal Xaşoqqi Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda xüsusi xidmət orqanları əməkdaşları tərəfindən amansızlıqla qətlə yetirilib. Jurnalist konsulluğa nikah üçün lazım olan sənədləri almaq məqsədilə gəlibmiş. Qətlə cavab olaraq bir çox ölkələr Səudiyyə Ərəbistanına qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Fransa: “sarı jiletlilər” qələbə qazanır

Paris, sarı jiletli adamlar Yeni ilin gəlişini bayram edir. 31 dekabr, 2018. REUTERS/Christian Hartmann

2018-ci ilin payızında Paris və Fransanın digər şəhərlərində başlayan kütləvi etirazları hökumətin avtomobil yanacağının qiymətinin qaldırılması ilə bağlı qərarı alovlandırmışdı. Bunun ardıca başlayan etiraz aksiyaları 1968-ci ildən bəri ən kütləvi aksiyalar oldu. Bəzən bu aksiyalar polislə aqressiv toqquşmalara gətirib çıxarırdı.

• Fransada etirazlar: kim, nə uğrunda və nəyə qarşı?

Etirazçıların təzyiqi altında – fransalı sürüclərin geyinməli olduğu sarı jiletlər yeni yaranan hərəkatın adına çevrildi – Fransa prezidenti Makron öz qərarını geri çəkib, danışıqlara başladı.

Angela Merkel artıq Almaniyanın lideri deyil

Photo by Chris Kleponis-Pool/Getty Images

Almaniya kansleri Angela Merkel hakim Xristian-Demokrat İttifaqı Partiyasının sədri postunu tərk edib və növbəti müddət üçün kansler vəzifəsinə namizədliyini irəli sürməyəcək.

Merkel 2005-ci ildən kansler vəzifəsini tutur.

Onun partiyadakı varisi Saar torpağının keçmiş baş naziri Anneqret Kramp-Karrenbauerdir. 2 ildən sonra baş tutacaq seçkilərdə qələbə qazanacağı təqdirdə, o, kansler vəzifəsini tutacaq.

Almaniya medaisının dəyərləndirməsinə görə, onun Merkeldən əsas fərqi Rusiya və prezidentinə qarşı daha tənqidi mövqeyidir.

İqlim dəyişikliyi: tədbir görmək üçün 12 il qalır

2018-ci ilin sonunda iqlim dəyişikliklərinin öyrənilməsi üçün BMT baş katibi tərəfindən yaradılan  xüsusi elmi qrupun hesabatı dərc edilib.

Bu hesabat dünyanın əsas sensasiyası olub. Müəlliflər bildirirlər ki, bəşəriyyətin 12 il vaxtı qalıb. Əgər 2030-cu ilə qədər atmosferə atılan zərərli tullantılar radikal əkildə azaldılmasa, Yer kürəsində həyat tanınmaz həddə qədər dəyişəcək.

#MeToo hərəkatı

Bu hərəkat ABŞ-da məşhur prodüser Harvi Vaynşteynə qarşı seksual təcavüz iddiaları irəli sürüləndən sonra yaranıb. Bir il ərzində bu hərəkata bütün dünyadan milyonlarla qadın qoşulub.

ABŞ İranla nüvə sazişindən çıxdı 

Bu saziş 2015-ci ildə bağlanmışdı və İranın iqtisadi sanksiyaların aradan qaldırılmasının əvəzində nüvə silahından imtina etməsini nəzərdə tuturdu.

Heç bir digər ölkə hətta ABŞ-ın İranla əlaqə saxlayan şirkətlərə qarşı sanksiya hədəsi altında da bu qərarı dəstəkləmədi.

Ukrayna və Rusiya arasında kəskin gərginləşmə

2018-ci ilin noyabrında Rusiya sərhədçiləri Ukraynanın üç hərbi gəmisinə hücum edib və ələ keçirib. Üç nəfər ukraynalı hərbçi yaralanıb, ümumilikdə iyirmi dörd nəfər həbs edilib və Rusiya həbsxanalarında saxlanılır. Bu, Kerç boğazında baş verib ki, bura da iki ölkə arasındakı razılaşmaya əsasən, ümumi istifadə olunan su hövzəsi hesab edilir.

• Ukrayna gəmiləri niyə ələ keçirilib: Ukrayna və Rusiyanın versiyası, NATO və Avropa İttifaqının reaksiyası

Putin – dördüncü dəfə Rusiya prezidenti

Vladimir Putin dördüncü dəfə Rusiya prezidenti olub. Bu, konstitusiyada eyni şəxsin bu vəzifəni iki dəfədən artıq tuta bilmədiyi haqda müddəa olmasına baxmayaraq baş verib.

Rusiya və dünya Vladimir Putinin qələbəsindən nə gözləməlidir?

Şimali və Cənubi Koreya müharibə şəraitindən çıxır

Şimali və Cənubi Koreya 1953-cü ildən bəri aralarında mövcud olan müharibəni formal şəkildə bitirmək niyyətlərini açıqlayıblar. 2018-ci il Olimpiya oyunlarının açılış və bağlanış mərasimində bu ölkələrin komandaları bir bayraq altında addımlayıb.

Meqan Markl – İngiltərə kral ailəsinin tarixində ilk

Amerikalı aktrisa Meqan Markl İngiltərə şahzadəsi Harrinin həyat yoldaşı və İngiltərə kral ailəsinin tarixində ilk qaradərili ailə üzvü olub.


More on JAMnews