O, bütün suallarına Ermənistanın və Qarabağın yüksək zabit heyətindən cavab tələb etmək və məxfi sənədləri sorğulamaq səlahiyyətlərinə malikdir" />

2016-cı ilin aprel müharibəsi günlərində Ermənistan SQ Azərbaycan Silahlı Qüvvələrinin hərəkətlərinə operativ reaksiya veriblərmi – istintaq komissiyası araşdırır

O, bütün suallarına Ermənistanın və Qarabağın yüksək zabit heyətindən cavab tələb etmək və məxfi sənədləri sorğulamaq səlahiyyətlərinə malikdir

Ermənistanda Milli məclisin istintaq komissiyası 2016-cı ilin aprel müharibəsinin təfərrüatlarının araşdırılmasına başlayıb.

İyunun 4-də komissiyanın qapalı formatda keçirilmiş ilk iclası baş tutub. Baş nazir Nikol Paşinyan güman edir ki, istintaq komissiyası bir çox suallara cavab tapmağa kömək edəcək.

Qarabağdakı “aprel müharibəsi”nin üç illiyi. O, nəyi dəyişdi? Bakı və Yerevanda ekspertlər

Cənubi Qafqaz: təhlükələr və təhdidlər

İstintaq komissiyası haqqında

Milli Məclisin istintaq komissiyasının yaradılması haqqında mayın 20-də elan olnub. Baş nazir Nikol Paşinyan bildirib ki, 2016-cı ilin aprel ayınn 2-dən 5-nə qədər Qarabağda qoşunların təmas xəttində hərbi əməliyyatların təfərrüatlarının araşdırılması üzrə Milli məclisin istintaq komissiyasının yaradlmas üçün vaxt yetişib.

Bu hadisələr “dördgünlük aprel müharibəsi” adını alıb. Bu, 1994-cü ildə atəşkəs haqqında razılığın əldə edilməsindən sonra Qarabağla Azərbaycanın sərhədində ən irimiqyaslı və qanlı kəskinləşmə olub. Rəsmi məlumatlara görə, həmin dörd gün ərzində hər iki tərəfdən 200-dən çox adam həlak olub.

Mayın 31-də parlamentin spikeri Ararat Mirzoyan bildirib ki, 2016-cı ilin aprel müharibəsinin təfərrüatlarının araşdırılması üçün artıq istintaq komissiyası formalaşdırılıb.

O, bütün cəmiyyəti barahat edən bir sıra suala cavab almalıdır. Ələlxüsus, insanları Silahlı Qüvvələrin zəruri silah-sursat və əsləhə ilə təchizatı, ordunun ərzaqla təminatı məsələləri maraqlandırır. İctimaiyyət artıq üçüncü ildir ki, Silahlı Qüvvələrin döyüş hazırlığı məsələsini də düşünür.

İstintaq komissiyası Azərbaycan qoşunlarının hücum hərəkətlərinin qarşısının alınması və dayandırılması istiqamətində komandanlığın qərarlarının operativlik dərəcəsini də araşdırmalıdır.

Komissiya 11 deputatdan ibarətdir. “Milli məclisin reqlamenti” qanununa müvafiq olaraq, istintaq komissiyasının səlahiyyətlərini müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiya yerinə yetirəcək. Bu daimi komissiyanın sədri müdafiə nazirinin keçmiş müavini, hakim “Mənim addımım” fraksiyasının deputatı Andranik Koçaryandır.

Komissiyaya həmçinin müxalif “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” partiyalarının nümayəndələri daxildirlər. 

Komissiyanın işinin “lehinə” və “əleyhinə”

Ermənistanın ilk müdafiə naziri, İctimai şuranın sədri Vazgen Manukyanın sözlərinə görə, aprel müharibəsi üzrə parlament komissiyasının yaradılması Ermənistan ordusu üçün ciddi problemlərə gətirib çıxara bilər.

«Mən onun yaradılmasını təhlükəli və zərərli hesab edirəm. Komissiyanın yaradılması indi heç adını çəkmək istəmədiyim təhlükəli inkişafa gətirib çıxara bilər», – Manukyan deyib.

Onun sözlərinə görə, deputatların ordunun daxili işlərinə məhdudiyyətsiz müdaxiləsi Silahlı Qüvvələrin müdafiə qabiliyyətinə ciddi zərbə vura bilər.

“Çiçəklənən Ermənistan” partiyasından deputat, insan haqları üzrə parlament komissiyasının sıdri Naira Zöhrabyan əks mövqeyi tutur.

Onun sözlərinə görə, “Çiçəklənən Ermənistan” paertiyası bu komissiyanın yaradılmasını tamamilə dəstəkləyir və “hesab edir ki, aprel müharibəsi ilə bağlı cavabları verilməli olan suallar var”.

 İstintaqa kim cəlb ediləcək

İstintaq komissiyasının yüksək zabit heyətindən bütün suallarına cavab tələb etmək və hətta məxfi qrifli sənədləri sorğulamaq səlahiyyəti var.

“Mənim addımım” fraksiyasından deputat, müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın üzvü Tiqran Karapetyan bildirib ki, istintaq komissiyasının iclaslarına keçmiş məmurlar da dəvət edilə bilər:

«Kimi dəvət edib-etməməyimizlə əlaqədar bizim heç bir məhdudiyyətimiz yoxdur – fəaliyyətdə olan, yaxid keçmiş məmurlar olmalarından asılı olmayaraq. Biz bütün prosesləri və aspektləri araşdıracağıq və zərurət yaranarsa, lap Serj Sarkisyanı da çağıra bilərik [2016-cı ilin aprelində Ermənistanın fəaliyyətdə olan prezidenti – JAMnews]», – Karapetyan bildirib.

Bundan əlavə, o bildirib ki, izahat üçün komissiya Dağlıq Qarabağdan da məmurları və gərbçiləri dəvət edə bilər.

«Düşünürəm ki, Artsaxdan olan hımkarlarmız aprel müharibəsi üzrə bütün suallara cavab almaqda maraqlıdırlar».


More on JAMnews