Rusiya rus dili daşıyıcıları üçün könüllü köçmə prosedurasını sadələşdirir " />

2016-cı ildə 22 264 erməni Rusiya vətəndaşlığı alıb

Rusiya rus dili daşıyıcıları üçün könüllü köçmə prosedurasını sadələşdirir

2016-cı ildə 22 264 erməni Rusiya vətəndaşlığı alıb ki, bu da 2015-ci ilin göstəricisindən 3611 nəfər çoxdur, – RF Daxili İşlər Nazirliyinə istinadən RT bildirir.

Nəşr qeyd edir ki, bu göstəricinin artması əsasən xaricdə yaşayan həmvətənlərin könüllü köçməsinə dəstək üzrə Dövlət Proqramının imkanlarının genişləndirilməsi ilə şərtlənib.

Rusiya Elmlər Akademiyası Sosiologiya İnstitutunun əməkdaşı sosiologiya elmlər doktoru Vladimir Mukomel bildirib ki, Ermənistan vətəndaşlarının Rusiyaya miqrasiyası Ermənistanın AAİB üzvü olması ilə də bağlı ola bilər. Ekspertin zənnincə, Rusiyaya emiqrasiya edən Ermənistan vətəndaşlarının sayı hələ bir neçə il artmaqda davam edəcək, daha sonra isə azalmağa başlayacaq, çünki Rusiya vətəndaşı olmaq istəyənlərin sayı sonsuz ola bilməz.

2016-cı ildə başqa ölkələrdən də RF vətəndaşı olmaq istəyənlərin sayı kəskin artıb.

Birinci yerdə Ukrayna vətəndaşlarıdır – 100 696 nəfər, 2015-ci illə (67 400) müqayisədə 49% çox.

İkinci yerdə Qazaxıstandır: 37 837 nəfər, 2015-ci ildə isə 32 070 nəfər.

Üçüncü yerdə Özbəkistan: 23 216 nəfər, 2015-ci ildə isə 22 557 nəfər.

2016-cı ildə Rusiya vətəndaşlığı alanların sayı ümumilikdə 265 319 nəfərdir, bu da 2015-ci il göstəricisindən 55 520 nəfər çoxdur.

“İnteqrasiya və inkişaf” ictimai təşkilatının rəhbəri, Avrasiya Ekspert Klubunun koordinatoru Aram Safaryan Tert.am-a deyib ki, “bu, ilk dəfə deyil baş verir və Rusiya son 20 ildə vətəndaşlıq verilməsi prosedurasını mütəmadi olaraq sadələşdirib, xüsusən də xaricdə yaşayan ruslar üçün, bununla da dünyada yeni tərəfdarlar və təəssübkeşlər cəlb etməyə ümid bəsləyir”.

Aram Safaryanın fikrincə, Rusiya vətəndaşlığının olması mütləq ölkədə yaşamaq demək deyil: vətəndaş Ermənistanda həyatına davam edə bilər, eyni zamanda Rusiya maraqlarının daşıyıcısı olaraq. Amma 5-10 il müddətində Ermənistanda iqtisadi vəziyyətin yaxşılaşmasına paralel olaraq çoxları geri qayıdacaq.

Martın 12-də Dövlət Dumasının deputatı Natalya Poklonskaya bir qrup həmkarı ilə Rusiya vətəndaşlığının əldə edilməsi haqda qanun layihəsi təqdim edib, bu layihəyə əsasən SSRİ və Rusiya İmperiyası ilə əlaqələr olduğu zaman rus dilini bildiyi təqdirdə vətəndaşlıq almaq mümkün olacaq. Qanun layihəsi qəbul edildiyi halda bütün keçmiş SSRİ vətəndaşları və onların qohumları Rusiya vətəndaşlığı ala biləcək. Dövlət Dumasının milli azlıqlar üzrə Komitəsi qanun layihəsini dəstəkləyib. Ehtimal olunur ki, bu qanun qüvvəyə minəndən sonra RF vətəndaşı olmaq istəyənlərin sayı artacaq.


More on JAMnews