Ədyalın arasında inkubator, şəkərli su və başqa xırdalıqlar " />

Maştağada kiçik quş fermasından video

Ədyalın arasında inkubator, şəkərli su və başqa xırdalıqlar

Zakir Zeynalov həmişə quşçuluqla məşğul olmağı arzulayıb. Pensiya yaşına çatar-çatmaz taksi sürücülüyünün başını buraxaraq, cücə yetişdirməyə başlayıb.

Zakir kişi Maştağa qəsəbəsində yaşayır. Ona quşçuluğu heç kim öyrətməyib, buna görə də sənətin incəliklərinə birincisi, inkubatorun təlimatından, ikincisi, öz səhvləri üzərində öyrənməklə yiyələnib.

İnkubatoru “Sədərək” ticarət mərkəzi”ndən alıb.

İnkubator penoplastdan ibarət böyük bir çamadana bənzəyir. Bura 104 yumurta yerləşir və Zakir kişinin dediyi kimi, 104 yumurtadan 21 gün sonra təxminən 80 cücə çıxır.

Amma hər şey o qədər də asan deyil – yumurtaların həmişə eyni dərəcədə isinməyinə nəzarət etmək lazımdır. İnkubatorun içində onlar daim fırlanır, amma heç də həmişə doğru fırlanmır, buna görə də onları əllə düzəltmək lazımdır. İşıq olmayanda isə inkubatoru bu vaxt yorğana bürümək lazımdır ki, soyumasın.

“Yarım saatdan artıq işıq olmayanda isə inkubatora avtomobil akumlyatorunu qoşurdum. Düzü, işığı o qədər də tez-tez söndürmürlər – ayda bir neçə dəfə, o da az müddətə”.

Cücələr çıxandan sonra isə onlara xüsusi qulluq lazımdır: birinci gün heç bir yem verilmir, ikinci gün şəkərli qaynadılmış su verilir, sonra da xüsusi yem vermək lazımdır.

Zakir kişi öz kiçik biznesini genişləndirməyi, hind toyuğu, qoyun və başqa mal-qara yetişdirməyi arzulayır.


More on JAMnews