Hakim çoxluq mövqelərini təslim etməmək qərarı alıb, Nikol Paşinyanın rəhbərliyi altında küçə mübarizəsi davam edir " />

Ermənistan Parlamenti baş nazir kürsüsünə ümumxalq namizədinin əleyhinə səs verib

Hakim çoxluq mövqelərini təslim etməmək qərarı alıb, Nikol Paşinyanın rəhbərliyi altında küçə mübarizəsi davam edir

Ermənistanın Milli Məclisi baş nazir vəzifəsinə müxalifətçi Nikol Paşinyanın namizədliyinin əleyhinə səs verib. Ümumxalq hərəkatının lideri dövlət başçısı olmaq üçün deputatlar çoxluğunun səsini qazana bilməyib.

Dörd parlament qüvvəsindən üçü Nikol Paşinyanın namizədliyinin lehinə səs verib. Amma onların səsləri yetəri qədər olmayıb. Hakim çoxluq səsini ona qarşı istifadə edib və nəticədə o 45 “lehinə”, 56 “əleyhinə” səs alıb.

Konstitusiyaya əsasən, 7 gün sonra parlamentdə növbəti iclas keçiriləcək və bu iclasda Ermənistanın baş nazirinin kim olacağı məsələsi yenidən həllini tapmalıdır. Parlament fraksiyalarının baş nazir kürsüsünə öz namizədini irəli sürmək imkanı olacaq. Əgər ikinci mərhələdə də baş nazir seçilməsə, Milli Məclis buraxılacaq və növbədənkənar parlament seçkiləri təyin olunacaq.

Hələlik digər fraksiyaların öz namizədlərini irəli sürəcəyi, yoxsa Nikol Paşinyanın bu vəzifəyə yeganə namizəd olaraq qalacağı bəlli deyil.

Səsvermədən sonra Nikol Paşinyan minlərlə tərəfdarının onu gözlədiyi Respublika meydanına yollanıb. Onlar parlamentdə uzun müddət sürən müzakirələri Yerevanın əsas meydanından izləyiblər. Müxalif hərəkatın lideri sabah, mayın 2-də səhər tezdən itaətsizlik aksiyasını davam etdirməyə çağırıb.

REUTERS/Gleb Garanich

Xatırladaq ki, aksiyalar aprelin 13-də son 10 ildə Ermənistanın prezidenti olan Serj Sarqsyanın ölkəni idarə etməsinə qarşı başlayıb. Daha sonra etiraz aksiyaları nəhəng çoxsaylı hərəkata keçib və bu hərəkat lideri Serj Sarqsyan olan Ermənistan Respublikaçılar Partiyasının hakimiyyətinə qarşı mübarizə aparır. Apreldən etibarən Ermənistan tam parlament idarə üsuluna keçib. Parlament çoxluğunu isə Respublikaçılar Partiyasının deputatları təşkil edir.

Niyə Parlament çoxluğu “əleyhinə” səs verib?

Parlament müzakirələri zamanı iqtidar partiyasından olan deputatlar bildiriblər ki, Nikol Paşinyanın daxili və xarici siyasətlə bağlı yanaşması mahiyyət etibarilə hazırkı hakimiyyıtin siyasətindən fərqlənmir. Üstəlik respublikaçı deputatlar hesab edirlər ki, Nikol Paşinyan seçilərsə, ölkədə böhran dərinləşə bilər.

“Bizim hansı düyməni basmağımızdan asılı olmayaraq – “lehinə”, ya “əleyhinə, istənilən halda məsuliyyət bizim boynumuzdadır. Bu təhlükəlidir”, – deputat Karen Bekaryan bəyan edib.

ERP nümayəndələrinin çoxu bildirib ki, Nikol Paşinyan baş nazir ola bilməz, çünki onun kifayət qədər təcrübəsi yoxdur. Onların fikrincə, o, özünü meydanlarda, xalq qarşısında çıxış edərkən, informasiya meydanlarında yaxşı göstərib, amma hələlik geosiyasət sahəsində yetəri qədər güclü deyil.

“Siz dediz ki, “Serj Sarqsyanı rədd edək” – o getdi. Karen Karapetyanı [2016-cı ildən 2018-ci ilə qədər Ermənistanın baş naziri olub, hazırda Serj Sarqsyanın istefasından sonra baş nazir səlahiyyətlərini həyata keçirir – JAMnews] rədd etdiniz, o da getdi. Biz öz namizədimizi irəli sürmədik, amma ölkəyə müxalifət, plüralizm, azadlıqların reallaşdırılması imkanı lazımdır. İstəmirəm ki, Ermənistanın Mandelasına çevrilən Paşinyan birdən-birə Ermənistanın son baş naziri olsun”, – ERP-dan olan deputat Armen Aşotyan deyib.

None found


More on JAMnews