Tətilçilər müdiriyyətin binasına soxuldular. Tkibulidə vəziyyət gərginləşir" />


“Mədən bizimdir!”

Tətilçilər müdiriyyətin binasına soxuldular. Tkibulidə vəziyyət gərginləşir

Artıq on ikinci gündür ki, Tkibulidə mindən çox mədənçi üsyan edir.

Onlar iş şəraitinin yaxşılaşdırılmasını və əmək haqlarının 40 faiz artırılmasını tələb edirlər (mədənçilərin orta aylıq maaşı 400-500 lari (175-200 dollar) təşkil edir).

Tkibuli sakinləri həm də bələdiyyələrinə yüksək dağlıq region statusunun qaytarılmasını tələb edirlər, bu statusdan Tkibuli 2016-cı ildə məhrum edilmişdir.
Mədənçilərin etirazlarına Ksan şüşə zavodu, Çiatur mədəni və Zestafon ferroərinti zavodunun kollektivləri də qoşuldu.

Tkibuli Qərbi Gürcüstanda yerləşən kömürçıxarma, mədənçi şəhəridir.

“Saknaxşiri GIG kömürçıxarma şirkətinin inzibati binasının qarşısında çadırlar qurulub. Mədənçilər burada gecə-gündüz növbə çəkirlər.

“Saknaxşiri GIG şirkətinin nümayəndələri mədənçilərin tələbləri ilə razılaşmırlar. Onlar bildirirlər ki, şirkət Əmək Məcəlləsinə uyğun fəaliyyət göstərir və mədənçilərlə bağlanan bütün müqavilələri dəqiqliyi ilə yerinə yetirir. Şirkətdə vurğulayırlar ki, mədənçilər müdiriyyəti tətil keçirəcəkləri ilə bağlı xəbərdar etməyiblər ki, bu da əmək qanunvericiliyinin pozulması hesab olunur və bu səbəbdən də qeyri-qanunidir.

Dzidziqur və Mindeli adına mədənlər “Saknaxşiri GIG şirkətinin mülküdür. Həmin şirkət də öz növbəsində “Gürcüstan sənaye qrupunun (GIG) törəmə şirkətidir.

“GIG şirkətinin biznes portfoliosuna daş kömürün hasilatından başqa, həm də elektrik enerjisi istehsalı, təbii qazın realizəsi və lodjistikası və digər fəaliyyət sahələri də daxildir.

Hazırda mədənçilərin etirazının yeganə nəticəsi onlara yerli özünüidarə etmə orqanları nümayəndələri və Gürcüstan parlamentinin Tkibulidən olan majoritar deputatı Eliso Çapidze tərəfindən göstərilən həmrəylik oldu. Öz həmrəyliklərini onlar mədənçilərin etirazının onuncu günü, aksiyalarına qoşulmaqla nümayiş etdirdilər. Etirazın onuncu gününün sonunda “Mindeli adına mədənin direktoru istefa ərizəsi yazdı.

Mədənçilər isə sözlərindən dönmür, onlar bildirirlər ki, onların bütün tələbləri yerinə yetirilməyincə etirazlarını dayandırmayacaq və heç yerə getməyəcəklər.

***

Artıq on iki gün və on iki gecədir ki, dəniz səviyyəsindən 590 kilometr yüksəklikdə yerləşən Tkibuli şəhəri ənənəvi olmayan şəraitdə yaşayır. Tkibuli sakinlərinin özlərinin dediyinə görə, onlar hər dəqiqə onları qane edən qərarın qəbul ediləcəyini gözləyirlər.

 

 

24 fevral. Aksiyanın on birinci günü. Tkibuli sakinləri artıq adi şəkildə yerli özünüidarə orqanının inzibati binasının qarşısında toplaşırlar. Burada onlar həllindən onların ailələri və şəhərlərinin xilasının asılı olduğu qərarı gözləyirlər.

Tkibulinin mərkəzi parkında yığışan gənclər siyasəti, hakimiyyəti, çətin durumlarını müzakirə edirlər.

Yerli özünüidarə orqanının girişi kürsüyə çevrilib.

“Buz ədalət və bərabərhüquqluluq uğrunda mübarizə aparırıq. İnsan kimi yaşamaq uğrunda mübarizədə hələ heç kim uduzmayıb. Biz də uduzmaq və geri çəkilmək fikrində deyilik, – Tkibuli sakinlərindən biri, mədənçi Ruslan Butsxrikidze deyir. Gün ərzində sakinlər bir-birini müxtəlif müraciətlər, vətənpərvərlik şerləri və xalq deyimləri ilə ürəkləndirirlər.

“Bir yerə, bir yumruğa yığılmış Tkibuli təslim olmur, Tkibuli cəsarətli insanların şəhəridir.

“Tkibuli zəhmətkeşlər şəhəridir.

“Sənə yüz dəfə sənin qul olduğunu desələr, sən min bir dəfə qul deyiləm – deyə cavab ver, – bu şüarlar mədənçilərin aksiyasında səslənir.

“Biz xüsusi bir şey tələb etmirik. Sadəcə istəyirik ki, bizimlə insan kimi davransınlar. XXI əsrdə qullar olmur. Bu günə qədər biz yaxşılığa doğru dəyişikliklərə ümid edərək, susmuşuq. Amma artıq hamı Tkibulini unudub. Unudublar ki, burada da insanlar yaşayır. Ətrafınıza baxın və görün ki, bu şəhər yüksək dağlıq ərazidə yerləşir. Tkibuli dağlarla əhatə olunur və biz burada yaşadığımız üçün imtiyazlar almalıyıq, qul kimi işləməməliyik, – mədənçi Georgi Tsirekidze deyir.
Tsirekidze mədənçilərin gündəlik işindən də danışır. Onlar necə yerin altına dərinə, təxminən doqquz mərtəbə hündürlüyünə düşürlər.

“Müdiriyyət nümayəndələri yerin altına girənləri çöldən qıfılla bağlayırlar ki, kimsə iş vaxtı havaya çıxmaq istəməsin, – Tsirekidze əsəblə danışır.

Mədənçilər deyir ki, onların kiçik maaşı ailəni dolandırmağa ancaq çatır.

“Biz ciyərlərimizdən qara rəngdə bəlğəm tüpürürük, dərmana isə pulumuz çatmır. Banklara olan borclarımız da bizi bir tərəfdən sıxır. Əynimizdəki xüsusi forma heç nəyə yaramayan, çürük olandan sonra başqa şey haqqında danışmağa heç dəyməz də.

Burada danışırlar ki, az mədənçi təqaüd yaşına çatır: “Bunun sonu görünmür, buna görə də biz bunu dayandırmalıyıq.

“Buna görə də şəhərimizə yüksək dağlıq region statusunun qaytarılması çox vacibdir. Tkibulini bu statusdan məhrum edəndən sonra maaşımızı 20 faiz azaltdılar, – yerli sakinlər danışır.

***

Gürcüstanda bu il yanvarın 1-dən qüvvəyə minən Yüksək dağlıq regionlar haqqında qanuna görə, Tkibuli bələdiyyəsi yüksək dağlıq zonası statusundan məhrum edilib. Nəticədə də mədənçilər müxtəlif vergi imtiyazlarından da məhrum oldular.

Tkibulidən olan majoritar deputat, Gürcüstan parlamentində hakim çoxluğun nümayəndəsi olan Eliso Çapidze məhz şəhərə həmin statusun qaytarılacağını vəd etdi, amma hakimiyyət həmin statusu bərpa etməyə tələsmir.

Yerli özünüidarə orqanları da şirkətə qarşı aciz qaldılar.

“Biz də burada, aksiyada olan mədənçilər və onların ailə üzvləri kimi narazıyıq. Mərkəzi hakimiyyət nümayəndələri ilə birlikdə biz bu məsələni həll etməyə çalışacağıq.

“Gürcüstan kömürü şirkətinin nümayəndələri mədənçilərin maaşlarının 40 faiz artırılması məsələsini nəzərdən keçirmirlər. Şirkətin baş direktor müavini, texniki direktor Bejan Balavadze bildirir ki, “Gürcüstanın sənaye qrupu holdinqi atılmış və su basmış mədənlərin bərpasını öz üzərinə götürəndən sonra, 1500-ə yaxın adam şirkətdə işə götürüldü. Onların orta aylıq maaşı 815 lari təşkil edir. Hər il şirkət dövlət büdcəsinə 15 milyon lari köçürür ki, bundan da 2 milyon lari yerli büdcəni doldurur».

***

Gecələr mədənçilər çadırların yanında növbə çəkərkən, odun sobalarının istisinə qızınırlar.

 


More on JAMnews