11 mindən çox insan Dağlıq Qarabağa, evlərinə qayıdıb
Müharibə günlərində Ermənistana getməyə məcbur olan Dağlıq Qarabağın yerli sakinləri evlərinə qayıdır. Noyabrın 14-dən evlərinə qayıdanların sayı 11 mindən çox olub.
Köçkünləri daşıyan növbəti avtobus kolonu Yerevandan Qarabağa noyabrın 23-də yollanıb.
32 avtobus 1300 nəfərə yaxın insanı Xankəndinin əsas meydanına gətirib. Kolonların Qarabağ ərazisində hərəkəti Rusiya sülhməramlı kontingentinin patrullarının və hərbi polis müşayiəti ilə həyata keçirilib – Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr birgə bəyanatında qeyd olunan razılaşmalara müvafiq olaraq, Dağlıq Qarabağda hərbi əməliyyatların tam dayandırılması elan olunub. Vəziyyətə nəzarət etmək üçün ərazidə Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
- Ermənistanda müxalifətçi baş nazir Paşinyanın istefası tələbi ilə aclıq elan edib
- Qarabağ: Rusiya və Türkiyə sülhməramlıları, Azərbaycan və Ermənistan hərbçiləri – kim hansı mövqelərdədir? Xəritələrlə izah